"Çelsi"ni Donetskdə "şaxta vurdu!"

"Çelsi"ni Donetskdə "şaxta vurdu!"

Dünən axşam UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü qarşılaşmasında Donetskdə yerli "Şaxtyor"un qonağı olan İngiltərə "Çelsi"si səfərdən əliboş dönməli olub. Siasport.az saytı xəbər verir ki, Ukrayna təmsilçisi adlı-sanlı rəqibini küncə sıxaraq 2:1 hesablı qələbə qazanıb. Olduqca dramatik keçən qarşılşamada 90 dəqiqə boyunca əzmkar oyun sərgiləyən Mirça Luçeskunun yetirmələri, "zadəganlar"a göz açmağa imkan verməyiblər. Bu nəticədən sonra xal ehtiyatını 7-yə yüksəldən Ukrayna təmsilçisi qrupda liderliyini möhkəmləndirib. "Çelsi" isə qrupda 4 xalla kifayətlənməli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə