Bakının qadın voleybolçulardan ibarət "İqtisadçı" komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının 2012/2013-cü il mövsümündə ilk oyununa çıxıb. Siasport.az saytının məlumatına görə, "İqtisadçı" Bakı İdman Sarayında turnirin 1/16 final mərhələsi çərçivəsində Hollandiyanın "Sliedrext" kollektivini qəbul edib.
Ukraynalı baş hakim Vladimir Payevskinin idarə etdiyi oyun "İqtisadçı"nın üstünlüyü şəraitində keçib və komandamız 3:0 (25:17, 25:18, 25:22) hesabı ilə qalib gəlib.
Qeyd edək ki, cavab oyunu oktyabrın 30-da Hollandiyada keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB