Qılıncoynadanlarımız Tbilisidə və Bursada uğur qazanıblar

Qılıncoynadanlarımız Tbilisidə və Bursada uğur qazanıblar

Gürcüstanın paytaxtı Tbilisidə 23 yaşadək idmançılar arasında Avropa kuboku yarışları keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda Azərbaycan idmançısı Sevil Bunyatova həm kubok, həm qızıl medal, Aidə Ələsgərova isə bürünc medal qazanıb. Komanda olaraq sablyaçı qızlarımız 44:45 hesabı ilə Ukrayna yığmasına uduzublar və gümüş medalla kifayətləniblər.

Qeyd edək ki, bu idmançıların hamısı "Neftçi" İdman və Sağlamlıq Mərkəzinin üzvləridir.

Türkiyənin Bursa şəhərində rapira və şpaqa üzrə III beynəlxalq turnir də keçirilib. 10 ölkənin təmsil olunduğu yarışda komanda hesabında rapiraçı qızlarımız I, şpaqaçı qızlarımız II, şpaqaçı kişilər isə III yerə layiq görülüblər.

Şəxsi yarışlarda şpaqada beynəlxalq dərəcəli idmançımız Yuliya Nelyubova bürünc medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə