Argentinalı futbol ulduzu Leonel Messi, bu yaxınlarda dünyaya gələcək oğlu barədə danışıb. Siasport.az saytı Türkiyənin "Fanatik.com.tr" idman saytına istinadən xəbər verir ki, "Barselona"nın ulduz futbolçusu oğluna Tiaqo adını verib. Ulduz futbolçu bildirib ki, bu yaxınlarda dünyaya gələcək körpəsini görmək və həyat yoldaşına mənəvi dayaq durmaq üçün Argentinaya yollanmağı planlaşdırır. O bildirb ki, gələcək oğlunun futbolun içində olmasını istərdi: "Amma mən oğlumun seçiminə mane olmağı düşünmürəm. Əgər o başqa bir sənət sahibi olmaq istəsə, ona mane olmayacam"-deyə L.Messi fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB