İtaliyada yeni Joze Maurinyo!

Milan "İnter"inin yeni gənc baş məşqçisi olan Andre Stramaccioni, Joze Maurinyo ilə müqayisə olunmağa başlanılıb. Siasport.az saytı xəbər verir ki, 36 yaşlı baş məşqçinin bu mövsüm "İnter"i qələbələrə daşıması futbol adamlarının diqqətindən yayınmayıb. İtaliya mətbuatı, onu bu uğurlarına görə, keçmişdə "İnter"i çalışdırmış, "Real"ın hazırkı baş məşqçisi olan J.Maurinyo ilə müqayisə edirlər. İtaliya mətbuatı, xüsusi ilə son Milan derbisində 10 nəfərlə azlıqda qalmasına baxmayaraq əzəli rəqibini məğlub edən və turnir cədvəlində ilk dördlüyə yüksələn komandanın bu uğurunu gənc baş məşqçinin zəhməti kimi dəyərləndirir. "İnter"in prezidenti Massimo Moratti isə italyan jurnalistlərə müsahibsəində gənc baş məşqçini tərifləyərək, "Mən onu seçməkdə səhv etməmişəm. Bu belədir. Olduqca bacarıqlı və işgüzar məşqçidir. Biz ona çox güvənirik"-deyərək A.Stramaccioniyə olan güvəncini dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə