Fransa hökuməti sensasiyon təkliflə çıxış edib. Siasport.az saytı Türkiyənin "Fanatik.com.tr" idman saytına istinadən xəbər verir ki, Fransa hökuməti yeni vergi məcəlləsini parlamantə təqdim edib. Məsələ burasındadır ki, əgər bu qanun layihəsi parlamentdə qəbul olunarsa, o zaman "PSJ"-dən illik 15 milyon avro qazanan isveçli futbol ulduzu Zlatan İbrahimoviç, bu pulun yalnız 5 milyonunu cibinə qoymalı olacaq. Çünki yeni vergi qanunvericiliyə əsasən, qalan 10 milyon avro vergi mədaxili olaraq Fransa hökumətinin büdcəsinə daxil olacaq. Artıq ulduz futbolçunun bu durumdan narahat olaraq "PSJ" rəhbərliyi ilə təcili kontakta girdiyi, müqaviləsində yeni düzəlişlərin edilməsi üçün addım atılmasını tələb etdiyi bildirilir. Lakin qanun qəbul olunarsa, "PSJ"-nin Z.İbrahimoviçə heç bir kömək edə bilməyəcəyi də verilən xəbərlər sırasındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB