Messi yeni rekorda çox yaxındır

Məşhur futbolçu Lionel Messi yeni rekorda çox yaxındır. Siasport.az saytının məlumatına görə, 2010-cu ildə 58 qol vuran Messi 2012-ci ilin sona çatmasına 2 aydan çox bir vaxt qalmasına baxmayaraq, artıq qollarının sayını 59-a çatdırıb. Belə davam edərsə, Messi özünəməxsus rekordu yeniləyərək,yeni dünya rekordu müəyyənləşdirəcək.

Belə ki, 1959-cu ildə Pele 75 qol vurmuşdu (Millidə vurduğu qollar da daxil olmaqla). Messi isə millidəki qolları da nəzərə alınsa, 71 qol vurub. Belə olan təqdirdə Messi 5 qol da vursa, dünya rekordunu yeniləyəcək.

Qeyd edək ki, Messi "Barselona" da keçirdiyi 8 mövsümdə 299 qol vurub.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə