Fransanın "Olimpik Marsel" futbol klubu ciddi itki ilə üz-üzə qalıb. Siasport.az saytı xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsində İstanbulun "Fənərbaxça" futbol klubunun rəqibi olan fransız klubu, önəmli futbolçularından birini zədə üzündən itirməli olub. Belə ki, "Olimpik Marsel"in "Troyes" ilə oynadığı və 0:1 hesabı ilə məğlub olduğu çempionat qarşılaşmasında ulduz futbolçu Gignaç ciddi zədə alaraq xərəkdə meydanı tərk edib. Fransa klubunun həkimləri ulduz futbolçunun ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacağını bəyan ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB