"Qalatasaray" bu axşam "ölüm-dirim" oyununa çıxacaq

"Qalatasaray" bu axşam "ölüm-dirim" oyununa çıxacaq

Bu axşam UEFA Çempionlar Liqasının qrup qarşılaşmaları keçiriləcək. Siasport.az saytı xəbər verir ki, Madrid "Real"ı son Almaniya çemionu olan Dortmund "Borussiya"sı ilə qarşılaşacaq. Bundan başqa "Çelsi" səfərdə "Şaxtyor"un qonağı olacaq. "Benfika" isə Moskvada "Spartak"la münasibətlərinə aydınlıq gətirəcək.

İstanbulun "Qalatasaray" futbol klubu isə öz meydanında Rumıniya "Kluj"u ilə "ölüm-dirim" qarşılaşmasına çıxacaq. Əgər İstanbul nəhəngi bu qarşılaşmada da məğlub olarsa, o zaman qrupdan çıxmaq bir yana, heç 3-cü yerin sahibi kimi UEFA Avropa Liqasına yollanmaq şansı da qalmayacaq. Çünki bu qarşılaşmaya qədər keçirdiyi 2 oyunda məğlubiyyət acısı yaşayan istanbul nəhəngini, ancaq və ancaq qələbə razı sala bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə