Rəşad Sadıqov və Namiq Yusifov komandadan ayrı düşdülər

Rəşad Sadıqov və Namiq Yusifov komandadan ayrı düşdülər

"Qarabağ" "Xəzər-Lənkəran"la oyun üçün hazırlıqlara başlayıb. Siasport.az saytının məlumatına görə, Premyer Liqanın X turunda Lənkərana yollanacaq Ağdam təmsilçisi oyun üçün məşqlərəstart verib. Günün ilk çalışması üçün bazaya yığışan komanda Suraxanı qəsəbə stadionuna yollanıb. "Bakı"yla oyundan sonra komandaya istirahət verən baş məşqçi Qurban Qurbanovun planında 2-ci məşq saat 16:30-a nəzərdə tutulub. "Qarabağ" 2-ci məşqi də eyni məkanda keçəcək. Zədə səbəbindən Rəşad Sadıqov, Namiq Yusifov komandadan ayrı düşüb. Əfran İsmayılov fərdi şəkildə məşqlərə başlayıb. Mustafa Afroto isə tamamilə sağalıb və kollektiv çalışmalarada iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə