"Bu cəhənnəmdən sağ çıxmalıyıq"

"Bu cəhənnəmdən sağ çıxmalıyıq"

"Qalatasaray" klubunun Çempionlar Liqasındakı rəqibi "CFR Kluj" dünən səhər saatlarında İstanbula gəlib. Siasport.az saytının məlumatına görə, "Atatürk" hava limanında "Kluj" klubunun kapitanı Rikardo Kadu jurnalistlərə müsahibə verərkən bu sözləri işlədib: "Bizi çox çətin oyun gözləyir və əgər Türkiyədə yaxşı mübarizə aparsaq, qrup üçüncüsü ola bilərik. Çox çətin olacaq, ancaq bunu bacarmalıyıq. İstanbuldakı atmosferi bilirik, oyun zamanı sanki vulkanik partlayış meydana gəlir. Bu "cəhənnəm"dən sağ çıxmalıyıq".

Xatırladaq ki "Qalatasaray" bu gün saat 23:45 "Türk Telekom Arena"da "CFR Kluj" la çətin oyuna çıxacaq.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə