"Neftçi" PFK Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirmək məqsədi ilə 23 oktyabr 2012-ci il tarixində yerli vaxtla saat 16:00-da Rusiyaya yola düşəcək. Siasport.az saytının məlumatına görə, 24 oktyabr tarixində komanda Kazan şəhərinin mərkəzi stadionunda oyun öncəsi son məşqinə çıxacaq. Saat 21:00-da başlayacaq məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq. Bundan əvvəl isə "Neftçi" PFK-nın mətbuat konfransı baş tutacaq. Konfransda baş məşqçi Böyükağa Hacıyevlə yanaşı, futbolçular Tərlan Quliyev və Nikolas Kanales media nümayəndələrinin suallarını cavablandıracaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB