Yığmamız yenə darmadağın oldu - 0:10

Yığmamız yenə darmadağın oldu - 0:10

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması bu gün növbəti oyununu keçirib. Siasport.az saytının məlumatına görə, İsveç yığması ilə qarşılaşan komandamız 0:10 hesabı ilə məğlub olub.

Yığmamız turnirdə son oyununu oktyabrın 25-də, Bakı vaxtı ilə saat 17:00-da Sloveniya komandasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə