Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun adına fanklub yaradılıb. Siasport.az saytının məlumatına görə, fanklubun yaradılmasında əsas məqsəd milli yığmaya dəstək olmaqdır. Fanklubun yaradıcısı, "Canbala" körpə futbol məktəbinin təsisçisi, tanınmış futbol fanatı Faiq Şadlının dediklərinə əsasən, bu qurumu yaratmaqa əsas hədəf milli yığmamızı sevənləri bir araya gətirməkdir: "Yaxın günlərdə www.bertifoqts.az adlı saytın təqdimatını edəcəyik. Hələlik bugün fəaliyyətə başlamışıq. Güman edirəm ki, qısa zamanda sayımız yüzlərlə, minlərlə olacaq. Əsas məqsədimiz milli yığmamız və Berti Foqtsla tez tez görüşlər keçirmək və onlara dəstək olmaqdır".
Qeyd edək ki, fanklubunun facebook səhifəsi bugündən fəaliyyətə başlayıb (http://www.facebook.com/BertiFoqtsFANS).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB