13 yaşlı yeni ulduz

"Barselona" klubu daha bir futbolçu ilə razılığa gəlib. Siasport.az saytının məlumatına görə, klub "Malaqa"nın gənclər komndasında oynayan Brahim Abdelkader Diazi heyətinə qatmaq üçün transfer çalışmalarına başlayıb. "Malaqa"nın gələcəyin ulduzu adlandırdığı Diaza üçün "Barselona" 50 min avro ödəməyə hazır olduğunu bildirib. Lakin "Malaqa" transferin həyata keçirilməsi üçün 100 min avro tələb edib.

Qeyd edək ki, artıq "Barseolna" futbolçunun ailəsi ilə də razılığa gəlib. Həmçinin "Barselona" gələcəkdə oyunçunun meydana çıxdığı hər oyuna görə "Malaqa" klubuna pul ödəməyə hazır olduğunu da bildirib.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə