Qalmaqallı şəkildə "Fənərbaxça"nı tərk edərək Moskva "Spartak"ına keçən Emmaneule Emenike Rusiya klubunda da ciddi problemlərə yol açıb. Siasport.az saytı xəbər verir ki, keçən ay komanda yoldaşı ilə skandal qarşıdurma yaradan E.Emenike, indi də zədəli olduğunu bəhanə edərək "Anji" ilə keçirilən qarşılaşmada qəsdən meydana çıxmaqdan imtina etməkdə ittiham olunur. Rusiya mətbuatı yazır ki, komandanın həkimləri tərəfindən zədəsinin tam sağaldığı barədə rəy verilməsinə baxmayaraq, E.Emenike meydana çıxmaqdan imtina edib. hazırda "Spartak" rəhbərliyinin futbolçunu ciddi şəkildə cəzalandırmağa hazırlaşdığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB