Topaz Premyer Liqasının IX turu "Xəzər Lənkəran"ın doğma arenaya qayıdışı ilə əlamətdar oldu. Siasport.az saytının məlumatına görə, komanda cari çempionatda 2-ci dəfə Lənkəran şəhər stadionuna çıxdı. "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edən futbolçular sonuncu dəfə 72 gün əvvəl bu arenaya qədəm basmışdı. Bu, avqustun 10-da "Kəpəz"lə matçda olmuşdu - 4:0.
Ümumilikdə isə bu qarşılaşma Lənkəranın əsas arenasındakı 106-cı görüş oldu. Burada 64 qələbəsi və 33 heç-heçəsi olan komanda cəmi 9 dəfə məğlub olub. 186-cı dəfə şəhər stadionunda azarkeşləri sevindirən "Xəzər Lənkəran" burada 59-cu qolunu buraxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB