"Mançester Yunayted" İlkay Gündoğanı heyətinə qatmağa hazırlaşır

"Mançester Yunayted" İlkay Gündoğanı heyətinə qatmağa hazırlaşır

İngiltərənin "Mançester Yunayted" futbol klubu türk əsilli futbolçunu heyətinə qatmağı planlaşdırır. Siasport.az saytı xəbər verir ki, "qırmızı şeytanların" hədəfində Dortmund "Borussiya"sında çıxış edən İlkay Gündoğandır. Türkiyənin "Milliyet" qəzeti iddia edir ki, ingilis futbol klubu İ.Gündoğan və Robert Levandovski üçün alman klubuna düz 54 milyon avro təklif edib. Məlumatda deyilir ki, qış transfer dövründə hər iki futbolçunu heyətinə qatmağı planlaşdıran "qırmızı şeytanlar", elə indidən alman klubu ilə danışıqlara başlamağa hazırlaşırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə