"İnter" A Seriyasında rəqib tanımır!

"İnter" A Seriyasında rəqib tanımır!

Futbol üzrə İtaliya A Seriyasında 7-ci turun qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, çempionluğa ən idddialı komandalardan olan "Milan", gözlənilmədən "Latsio"ya 2:3 hesabı ilə məğlub olub. Bu nəticədən sonra İtaliya mətbuatı "Milan"ın baş məşqçisi ilə yolların ayrılacağı barədə ciddi yazılar dərc etməyə başlayıb. UEFA Avropa Liqasında Bakının "Neftçi" futbol klubunun rəqibi olan bir başqa Milan təmsilçisi "İnter" isə yavaş-yavaş özünə gəlməyə başlayıb. Belə ki, Milan təmsilçisi ardıcıl 2-ci qarşılaşmada qələbəyə sevinən tərəf olub. "Neatzura" "Kataniya"nı 2:0 hesabı ilə məğlub edib. Bundan başqa dünən axşam keçirilən oyunda "Roma" "Genua"nı 4:2 hesabı ilə darmadağın edib. Yuventus" isə "Napoli"ni 2 cavabsız qol ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə