Keçən gün "Real Sosiedad"la qarşılaşan "Atletiko Madrid" son dəqiqədə Radamel Falkaonun vurduğu qolla qarşılaşmadan qalib ayrılıb. Siasport.az saytının məlumatına görə, ilk dəqiqələrdən üstün oyun sərgiləyən rəqib, qapıçı Kourtoisi keçməkdə çətinlik çəkib. Hər kəsin oyunun bərabərə bitəcəyini düşündüyü bir vaxtda - 90-cı dəqiqədə Falkao cərimə zərbəsindən gözəl qol vurmaqla komandasına qələbə qazandırıb.
"La Liqa" da məğlub olmayan iki komandadan biri olan "Atletiko Madrid" xallarının sayını 22 -yə çatdırmaqla "Barselona" ilə zirvəyə ortaqlığını davam etdirir.
Xatırladaq ki, Ardanın zədə səbəbiylə forma geymədiyi matçda digər türk futbolçu Əmrə Belözoğlu 82-ci dəqiqədə Kokeni əvəzləyib.
Elvin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB