Topaz Premyer Liqasının IX turunda "İnter"lə qarşılaşacaq "Simurq" "Şəfa" stadionunda məşqə çıxıb. Siasport.az saytının məlumatına görə, bir saat davam edən hazırlıq prosesində Georgi Çixradzenin yetirmələri isinmə hərəkətlərindən sonra, ikitərfli oyun və qapıya zərbələr üzərində çalışıblar.
Qeyd edək ki, saat 18:00-da başlayacaq qarşılaşma rəqiblərin 13-cü dueli olacaq. İndiyə qədər paytaxt təmsilçisini məğlub edə bilməyən Zaqatala klubu tarixi ərzində yalnız bir dəfə meydandan heç-heçə ilə ayrılıb. Son 4 oyunda isə "Simurq" rəqibinin qapısından qol belə keçirdə bilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB