"Bakı" "Qarabağ"a 2 cavabsız qol vurdu

"Bakı" "Qarabağ"a 2 cavabsız qol vurdu

Əvəzedici komandalar arasında keçirilən Azərbaycan çempionatının 9-cu turunun oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, səfərdə"Qarabağ"ın qonağı olan "Bakı" inamlı qələbə qazanıb. Oyun "Bakı"nın 2:0 hesablı qələbəsi ilə nəticələnib. Matçda hesab 20-ci dəqiqədə açılıb. Elşən Rzazadə paytaxt təmsilçisini hesabda irəli çıxarıb. Təxminən, 1 dəqiqə sonra Mətin Əbilsoy "Bakı"nın üstünlüyünü iki topa çatdırıb.

Qeyd edək ki, çempionatda "Bakı" əvəzediciləri 9 oyunda 9 qələbə qazanaraq, 27 xalla vahid liderliyini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə