Bu gün "Qarabağ" Premyer Liqanın XIX turu çərçivəsində ev sahibi olaraq "Bakı"nı qəbul edəcək. Siasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi bu il ilk dəfə Tofiq Bəhramov adına stadionun xidmətindən yararlanacaq. Bu oyun yeni mövsümdə "Qarabağ" üçün daha bir ilklə yadda qalacaq. Belə ki, cari mövsümdə ilk dəfə "Qarabağ"ın iştirak etdiyi oyun canlı yayımlanacaq. Bu gün saat 16:00-da mərkəzi arenada başlayacaq oyunu "İdman-Azərbaycan" kanalı canlı olaraq ekranlara gətirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB