"İnter" bu gün milli komanda ilə qarşılaşacaq

"İnter" bu gün milli komanda ilə qarşılaşacaq

Məlum olduğu kimi, əvəzedici heyətlər üzrə keçirilən Azərbaycan çempionatının 9-cu turu çərçivəsində baş tutmalı olan "İnter" - "Simurq" matçı "İnter"in bəzi üzvlərinin milli komandaya dəvət edilməsinə görə təxirə salındı. Siasport.az saytının məlumatına görə, bununla belə, Tofiq Mustafayevin yetirmələri bu gün meydançaya çıxmağa hazırlaşırlar. Belə ki, "Dalğa Arena" stadionunda "İnter"in əvəzediciləri Azərbaycanın U-16 milli komandası ilə üz-üzə gələcəklər. Saat 18.00-da baş tutacaq qarşılaşmada meydançaya əsasən "İnter"in heyətinə cəlb edilən 1996 və 1997-ci il təvəllüdlü futbolçular çıxacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə