Böyükağa Hacıyev: "Futbolumuzun “professor”u çox yaxşı komanda hazırlayıb"
"Kəpəz"in "Bakı" və "Qarabağ"la oyunlarına baxıb onları yaxşı təhlil etmişdim". Siasport.az saytının məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının IX turunun "Neftçi" - "Kəpəz" oyunundan sonra flaqmanın baş məşqçisi Böyükağa Hacıyev deyib. O, matçın əvvələrində rəqibi qiymətləndirmədiklərini vurğulayıb: "Oyunun ilk on dəqiqəsində futbolçularım rəqibi qiymətləndirmədilər. Bunun nəticəsində "Kəpəz" erkən qol vurdu. Həmin qoldan sonra bizim oyunçular ayıldı. Hesab edirəm ki, futbolumuzun "professor"u Mahmud Qurbanov çox yaxşı komanda hazırlayıb, lakin daha yaxşı kollektiv qurmaq üçün 4-5 ay vaxt lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB