Topaz Premyer Liqasının IX turuna "Neftçi" – "Kəpəz" oyunu ilə start verilib. Siasport.az saytının məlumatına görə, rəqibini 4:1 hesabı ilə məğlub edən Avroliqa təmsilçimiz 4-cü ev oyununda da qalib gəlib. Qarşılaşmadan sonra "Kəpəz"in baş məşqçisi Mahmud Qurbanov fikirlərini bildirib: "Oyunda istədiyimiz nəticəni əldə bilmədik. Rəqiblə müqayisədə bizim futbolçularda təcrübə çatışmır. Heyətimizdə gənc futbolçular çoxdur. Onlar "Neftçi"nin adından çəkindilər. "Kəpəz"ə bundan sonra özünü göstərmək üçün yaxşı futbolçular və zaman lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB