Hollandiyanın paytaxtı Amstredamda keçirilən toplantıda Beynəlxalq Alpinizm və Dağadırmanma Federasiyasının rəhbərləri və üzvləri toplaşıblar. Siasport.az saytının məlumatına görə, indiyədək UİAA-da (Union İnternationale des Associations d’Alpinisme) 79 ölkə iştirak edirdi, bu il isə Kosta-Rika 80-ci ölkə kimi qatılıb.
Ümumi toplantıda UİAA-ya yeni prezident seçkiləri keçirilib. Bu postdan Mayka Mortimerin istefasından sonra 2011-ci ildə keçirilən toplantıda onun yerinə İspaniya Federasiyasının üzvü olan Jordi Colomer seçilmişdi. 75 yaşlı veteran Kolomer hollandiyalı Fritcem Vridjlant ilə (Frits Vrijlandt) UİAA-nın prezidenti postuna seçkidə rəqabət aparmışdı. Gizli səsvermədə 5 səs üstünlüklə (18/24) gənc Vridjlant qalib gəlmişdi.
Amsterdam toplantısında 2 mühüm hadisə baş verdi. UIAA-nın gənclər komissiyasının prezidenti vəzifəsini iki dövr idarə etmiş Anne Arranın yerinə Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlı seçilib.
Digər önəmli hadisə isə "The North Face" biznes kompaniyası və UİAA-nın yazılı müqaviləsinin imzalanmasıdır. "The North Face" 6 il buzadırmanma idman növünün sponsor olacaq. Komissiya buzadırmanma yarışını keçirməklə, onun yayılmasında cavabdeh olmaqla yanaşı, BOK-la əlaqə saxlayır. İCCC-ya (Ice-Climbing Commission and Competitions) rəhbərliyi buzadırmanma üzrə məşhur alpinist Pavel Sabalin, ümumi katibliyi isə İsrafil Aşurlı idarə edir. İsrafil Aşurlı gənclər komissiyasının prezidenti seçilməsinə baxmayaraq, o, hər iki postu özündə saxlayıb.
Qeyd edək ki, buzadırmanma 2014-cü ildə keçiriləcək Soçi olimpiadasına da daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB