Atıcılıq üzrə yarış keçirilib

Atıcılıq üzrə yarış keçirilib

"İrəli" İctimai Birliyinin (İB) idman mərkəzi və "Park Bulvar" ticarət və əyləncə mərkəzinin birgə təşkilatçılığı ilə 18 oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunmuş atıcılıq üzrə yarış keçirilib. Siasport.az saytının məlumatına görə, İB-nin mətbuat xidmətindən bildirblər ki, gənclərdə vətənpərvərlik ruhunun aşılanması məqsədilə "Park Bulvar"da 30 nəfərin mübarizə apardığı yarışlarda Nərminə İbadova birinci yeri tutub. İkinci yerə Xəyalə Hüseynli, üçüncü yerə isə Solman Abbasov layiq görülüb.
Birinci yerin sahibinə kubok və sertifikat verilib. Digər iki yerin sahiblərinə sertifikat və hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə