İki oyunun vaxtı dəyişdirilib

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının keçirəcəyi iki oyunun vaxtı dəyişdirilib. Siasport.az saytının məlumatına görə, oktyabrın 28-də və 31-də keçiriləcək qarşılaşmalar, əvvəlcədən xəbər verildiyi kimi, Bakı vaxtı ilə saat 18:30-da deyil, saat 17:00-da başlayacaq. Yığmamızın oyunlarının təqvimini bir daha diqqətinizə çatdırırıq:

26 oktyabr, saat 18:30

Azərbaycan - İslandiya

Zaqreb (Xorvatiya). NK Hask stadionu

Baş hakim: Marios Panayi (Kipr)

28 oktyabr, saat 17:00

Gürcüstan - Azərbaycan

Zapreşiç (Xorvatiya). NK İnter Zapreşiç stadionu

Baş hakim: Marios Panayi (Kipr)

31 oktyabr, saat 17:00

Azərbaycan - Xorvatiya

Sesvete (Xorvatiya). Sv. Josip Radnik stadionu

Baş hakim: İvan Kruzliak (Slovakiya)

Bütün xəbərlər Facebook səhifəmizdə