Bu həftə keçiriləcək "Borussiya"-"Şalke" derbisi, Almaniya futbol ictimaiyyəti tərəfindən səbirsizliklə gözlənilir. Siasport.az saytı xəbər verir ki, bu mövsüm keçən ilki uğurları təkrarlaya bilməyən Dortmund təmsilçisi, "Şalke" üzərində qələbə qazanmaqla uğursuz seriyaya son qoymaq istəyir. Amma "Borussiya" "Şalke" ilə qarşılaşmaya ciddi itki ilə çıxacaq. Belə ki, futbol üzrə Almaniya millisinin də üzvü olan Götze, İsveçlə keçirilən qarşılaşmada ciddi zədə aldığı üçün bu qarşılaşmada yer almayacaq. Bu isə Dortmund təmsilçisi üçün böyük itki sayılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB