"Yeniyetmə voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvlərindən əksəriyyəti bölgələrdən seçilib". Siasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Voleybol Federasiyasının prezidenti Ziya Məmmədov deyib. O, bildirib ki, federasiya bölgələrdə klublar yaratmağı təcrübədən keçirib. Federasiya prezidentinin sözlərinə görə, bu, o qədər də səmərə verməyib: "İnsanların əksəriyyəti paytaxtda cəmləşdiyindən voleybola maraq Bakıda daha böyükdür. Amma Azərbaycanın hər yerindən yığma komandaya yeniyetmə voleybolçular cəlb etmişik. Klubları mərkəzdə yaratsaq da, bölgə amilini nəzərə almışıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB