2012-ci il FİFA dünya çempionatının seçmə oyunları çərçivəsdinə müxtəlif milli komandaların heyətinə cəlb edilən "Bakı"nın futbolçularının çıxışları barədə məlumat vermişik. Siasport.az saytı indi isə "Bakı" futbol klubunun üzvlərinin çıxış etdiyi milli komandaların nəticələri və futbolçuların statistikasını nəzərinizə çatdırır:
12-16 oktyabr tarixlərində baş tutan oyunlarda "Bakı"nın 4 üzvü iştirak edib.
Ayın 12-də Lixtenşteyn - Litva qarşılşamasında Deyvidas Çesnauskis əsas heyətdə oyuna başlayıb və 58 dəqiqə meydanda olub. Oyun Litvanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Həmin gün Latviya Slovakiyanın qonağı olub. Latviyanın əsas heyətində meydana çıxan Denis İvanovs oyunu sona qədər əvəzolunmadan keçirib. 78-ci dəqiqədə oyuna daxil olan Maris Verpakovskis 6 dəqiqə sonra komandasının yeganə qoluna imza atıb. Latviya 1:2 hesablı məğlubiyyətə uğrayıb.
Bundan 3 gün sonra Lixtenşteyni qəbul edən Latviya 2:0 hesabı ilə qalib gəlib. Denis və Maris oyuna start heyətində çıxıblar. İvanovs oyunu sona qədər çatdırıb, Verpakovskis isə 85 dəqiqə oynayıb.
Sonda isə Afrika qitəsində keçirilən oyunlara nəzər salaq. Maraq dairəsinə düşən Tunis - Syerra Leone qarşılaşması qolsuz heç-heçə ilə başa çatıb. 13 oktyabr 2012-ci il tarixində Tunisdə keçirilən oyunda "Bakı" futbol klubu və Syerra Leone milli komandasının müdafiəçisi İbrahim Karqbo 90 dəqiqə meydanda mübarizə aparıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB