Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək

Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək

Oktyabrın 30-dan noyabrın 1-dək kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyindən Siasport.az saytına verilən məlumata görə, çempionatın ilk günündə kişilər arasında 60 kq, qadınlar arasında isə bütün çəki dərəcələrində qaliblər məlum olacaq. Oktyabrın 31-də kişilər arasında 66 kq və 73 kq, yarşın sonuncu günündə isə 81 kq, 90 kq, 100 kq və 100 kq-dan ağır çəki dərəcələrində çempionlar müəyyən ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə