"Rabitə" finala çıxdı

Qətərin paytaxtı Dohada Bakının qadınlardan ibarət "Rabitə" voleybol klubu klublararası dünya çempionatında növbəti matçına çıxıb. Siasport.az saytının məlumatına görə, mundialın yarımfinal mərhələsi çərçivəsində "Rabitə" Türkiyənin "Fənərbaxça" komandası ilə qarşılaşıb.
Azərbaycan voleybolçularının üstünlüyü şəraitində keçən oyunda "Rabitə" komandası 3:0 (25:18, 25:20, 25:16) hesabı ilə qalib gəlib. Bu qələbə ilə "Rabitə" komandası klublararası dünya çempionatının final mərhələsinə yüksəlib.
Final mərhələsində komandamız "Sollis Osasco" (Braziliya) klubu ilə qarşılaşacaq.
Xatırladaq ki, "Rabitə" ötən il klublararası dünya çempionatının qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə