Millimizin rəqibi yoldaşlıq oyunu keçirəcək

Millimizin rəqibi yoldaşlıq oyunu keçirəcək

DÇ-2014-ün seçmə mərhələsində millimizlə birgə F qrupunda yer alan Lüksemburq yığması noyabrın 14-də yoldaşlıq oyunu keçirəcək. Siasport.az saytının məlumatına görə, millimizin rəqibi yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 23:00) Şotlandiya yığmasını qəbul edəcək.

Xatırladaq ki, həmin gün millimiz DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Belfast şəhərində Şimali İrlandiya yığması ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə