Polislər Ballakı saxladılar

Tanınmış futbolçu Ballak polis tərəfindən yolda təhlükəsizlik qaydalarını pozduğuna görə saxlanılıb. Siasport.az saytının məlumatına görə, futbolçunun avtomobili İspaniyanın cənubunda Extremadura şossesində saatda 211 km/saat sürətlə hərəkət edərkən radarlara yaxalanıb. Araşdırmalar nəticəsində məlum olub ki, avtomobili idarə edən şəxs məşhur futbolçu Mixael Ballakdır. Ballakın sürücülük vəsiqəsi alınıb, cəzalandırıldıqdan sonra buraxılacağı güman edilir.

Xatırladaq ki, İspaniyada avtomobillər üçün maksimal sürət həddi 120 km/saatdır. Peşəkar karyerasını bitirən futbolçu son olaraq "Bayer Leverkusen"də oynayıb.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə