“Azəryol” klubunun idman mərkəzi açıldı

“Azəryol” klubunun idman mərkəzi açıldı

Bu gün Bakının Dərnəgül qəsəbəsində "Azəryol" voleybol klubunun idman mərkəzinin açılış mərasimi keçirilib. Siasport.az saytının məlumatına görə, açılış mərasimində Azərbaycan Voleybol Federasiyasının prezidenti Ziya Məmmədov və gənclər və idman naziri Azad Rəhimov iştirak edib.
Sonra Azərbaycan Super Liqası yarışlarına start verilib.
Super Liqada 7 komanda – "Rabitə", "Azərreyl", "Lokomotiv", "İqtisadçı", "Lokomotiv Biləcəri", "Azəryol Bakı" və "Telekom Bakı" mübarizə aparacaq. Yeddi turdan ibarət 4 dövrəlik mübarizədə ən çox xal toplayan komanda çempion olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə