“SOCAR-Azerbaijan” çempion oldu

“SOCAR-Azerbaijan” çempion oldu

İsrailin Eylat şəhərində şahmat üzrə Avropa Klubları Kuboku yarışları başa çatıb. Siasport.az saytının məlumatına görə, sonuncu - yeddinci turda Rusiyanın "Tomsk-400" klubu ilə oynayan Azərbaycanın "SOCAR-Azerbaijan" klubu 5:1 hesabı ilə qalib gəlib.
"Sankt-Peterburq Şahmat Federasiyası" komandası ilə eyni sayda - 12 xal toplayan "SOCAR-Azerbaijan" əlavə göstəricilərə görə bu komandanı üstələyib və çempion olub.
"Tomsk-400" və "SOCAR-Azerbaijan"(1:5) arasında sonuncu turun nəticələri: Ruslan Ponomaryov (2735, Ukrayna) – Teymur Rəcəbov (2792, Azərbaycan) – 0:1, Aleksandr Areşşenko (2710, Ukrayna) – Şəhriyar Məmmədyarov (2748, Azərbaycan) – 0:1, Viktor Boloqan (2695, Moldova) – Veselin Topalov (2751, Bolqarıstan) – 0:1, Ernesto İnarkiyev (2683, Rusiya)- Aleksandr Qrişşuk (2752) – heç-heçə, Aleksandr Motılyov (2655, Rusiya) – Qata Kamski (2755, ABŞ) – heç-heçə, Denis Xismatullin (2638, Rusiya) – Emil Sutovski (2685, İsrail) – 0:1.

11 xal toplayan Rusiyanın "ŞSM-64" komandası üçüncü yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə