"Simurq"dan azərkeşlərinə ilk hədiyyə FOTO

"Simurq"dan azərkeşlərinə ilk hədiyyə FOTO

"Simurq" klubu artıq rəsmi fan-klubunu yaratmaq üçün işlərə başlayıb. Siasport.az saytının məlumatına görə, komanda rəhbərliyi tərəfindən səfər oyunlarına gediş-gəlişi təmin edilən azərkeşlərə, daha bir hədiyyə hazırlanıb. Onlara klubun simvolik rənglərindən ibarət köynəklər paylanılacaq.

Qeyd edək ki, bu, zaqatalalı futbol azərkeşlərinə komandanın tək hədiyyəsi olmayacaq. Qarşıda onların stadionlara daha çox gəlib, komandanı fəal dəstəkləməsi üçün geniş kompaniyalar təşkil olunacaq. Bununla bağlı açıqlama verən icraçı direktor Vaqif Əliyev qarşıdakı işlər haqqında bunları deyib: "Bu, "Simurq"un tarixində bir ilkdir. Bildiyiniz kimi, rəsmi fan klubumuzun yaradılması üçün işlərimizi davam etdirik. Klub prezidenti Anar Bəkirov da bu işlə yaxından maraqlanır. Rəsmi fan-klubumuz fəaliyyətə başladıqdan sonra onlar üçün daha geniş çeşidli atributlar hazırlayacağıq. Bu, bizim ilk işimiz oldu. Qarşıda isə onlara daha keyfiyyətli və maraqli hədiyyələr təqdim edəcəyik. Biz də azarkeşləri komandamıza dəstək verməyə, "Simurq"u qələbəyə səsləməyə çağırırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə