İstanbulun "Qalatasaray" futbol klubu, sabah "Genclerbirligi" ilə keçirəcəyi oyuna hazırlıqları yekunlaşdırıb. Siasport.az saytı xəbər verir ki, UEFA Çempionlar Liqası da daxil olmaqla son 3-4 qarşılaşmada məğlubiyyət və xal itikisi ilə üzləşən "cim bom" artıq bu xoşagəlməz duruma "son" demək istəyir. Klubun baş məşqçisi Fatih Terim futboçulara sərt şəkildə xəbərdarlıq edərək, onları bu qarşılaşmada əzmkar futbol nümayiş etdirməyə çağırıb. "İmperator", xüsusi ilə bu qarşılaşmada özünü doğrultmayan futbolçulara gələcək turlarda əsas heyətdə yer olmayacağını bəri başdan yetirmələrinin diqqətinə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB