Mahmud Qurbanov: "Qələbə qazanmaq istəyirik"

Mahmud Qurbanov: "Qələbə qazanmaq istəyirik"

"Kəpəz" klubunun baş məşqçisi Mahmud Qurbanov açıqlama verib. Siasport.az saytının məlumatına görə, o, "Neftçi" ilə oyuna hazırlıq haqqında danışıb: "Digər oyunlara olduğu kimi bu, görüşə də normal hazırlaşmışıq. Milli komandanın seçmə oyunu ilə əlaqədar çempionatda fasilə yarandığından məşq etmək üçün vaxtımız çox idi. Hətta deyərdim ki, yaxşı hazırlıq dövrü keçmişik. Amma bunun nəticəsini qarşıdakı matçda görəcəyik. "Neftçi" ilə oyuna qələbə əzmi ilə gedirik. Düzdür, rəqib favoritdir, Avroliqada çıxış edir. Buna baxmayaraq, biz qələbə qazanmaq istəyirik. İstədiyimiz nəticəni əldə edəcəyimizə inanırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə