Azərbaycan çempionu Bakının qadınlardan ibarət "Rabitə" voleybol komandasının klublararası dünya çempionatının yarımfinalındakı rəqibi müəyyənləşib. Siasport.az saytının məlumatına görə, Qətərin Doha şəhərində keçirilən turnirin yarımfinalında təmsilçimiz Türkiyənin "Fənərbaxça" komandası ilə qarşılaşacaq.
Yarımfinal oyunları bu gün təşkil olunacaq. "Fənərbaxça" – "Rabitə" görüşü ilə yanaşı, "Sollis Osasco" (Braziliya) - "Lancheras de Catano" (Puerto Riko) oyunu da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB