Arda üçün FİFA-dan təzminat tələb olunacaq

Arda üçün FİFA-dan təzminat tələb olunacaq

Türkiyə millisinin heyətində məşq zamanı zədələnən Arda Turan zədəsinin 4 həftədən çox davam etdiyi halda təzminat üçün FİFA-ya müraciət edəcəyini açıqlayıb. Siasport.az saytının məlumatına görə, Ardanın ən azı 2 La Liqa, 1 Avrokubok oyununu buraxacağı deyilir.

FİFA klubları maddi çətinliklərdən qorumaq üçün may ayında tətbiq etdiyi qaydaya görə futbolçuların zədəsinin 28 gündən artıq çəkdiyi təqdirdə oyunçunun mənsub olduğu kluba təzminat ödəyir. Bu qərarı əsas tutan "Atletiko Madrid" hər keçən gün üçün 20 min 548 avro təzminat alacağını açıqlayıb.

Qeyd edək ki, ilk belə təzminat brazilyalı futbolçu Marsello üçün "Real Madrid"ə ödənmişdi.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə