İngiltərənin "Çelsi" futbol klubu daha bir veteran futbolçusu ilə yollarını ayrımağa hazırlaşır. Siasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, "zadəganlar" 30 yaşlı Eşli Kounu Fransanın "PSJ" futbol klubuna satmağa hazırlaşırlar. İngilis klubu qış transfer dövründə franszılarla təcrübəli futbolçunun keçidini rəsmiləşdirmək üçün elə indidən danışıqlara başlayblar. Məlumata əsasən, yaşlı futbolçuları komandadan uzaqlaşdırmağa qərar verən Roman Abromoviç, transfer qiyməti məsələsində də güzəştli mövqe tutmağa və belə futbolçulardan canını qurtarmağa qərarlıdır. Məlumatda deyilir ki, hər iki komanda bu transferin rəsmiləşməsi üçün bütün detalları artıq razılaşdırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB