"Qalatasaray"-"Kluj" matçına ən bahalı biletin qiyməti 300 dollardır

"Qalatasaray"-"Kluj" matçına ən bahalı biletin qiyməti 300 dollardır

İstanbulun "Qalatasaray" futbol klubu, UEFA Çempionlar Liqasının qrup mərhələsində Rumıniyanın "Kluj" komandası ilə keçirəcəyi qarşılaşmaya ciddi hazırlaşır. Siasport.az saytı xəbər verir ki, geridə qalan iki qarşılaşmada meydanı məğlub tərk edən İstanbul nəhəngi, bu xoşagəlməz tendensiyaya "Kluj"la keçirəcəyi oyunda son qoymaq istəyir. Fatih Terimin komandası bu qarşılaşmaya artıq neçə gündür ki ciddi hazırlıq görür. Çünki "cim bom" bu oyunda da qalib gələ bilməsə, o zaman qrupdan çıxmaq şansını tamamilə itirəcək. Xatırladaq ki, oktyabrın 23-də keçiriləcək qarşılaşmaya bilet satışına da başlanılıb. Belə ki, bu oyuna ən bahalı biletin qiyməti 300 dollar, ən ucuz biletin qiyməti isə 40 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə