"Barselona"nın ulduz futbolçusu İniesta Fransa millisi ilə qarşılaşmadan öncə açıqlaması ilə hamını təəccübləndirib. Siasport.az saytının məlumatına görə, o, özünü katalon kimi hesab etdiyini deyib: "Kataloniyada doğulmasam da özümü əsl katalon kimi hesab edirəm. Burada uzun müddətdir yaşayıram və çox sevirəm. Özümü həm ispan, həm də katalon hesab edirəm. Ancaq hərdən "Real Madrid"lə oyunlarda azarkeşlərin etirazlarını başa düşə bilmirəm".
İniesta "Barselona"dan başqa komandada oynamağı heç vaxt ağlına gətirmədiyini qeyd edib: "İşimi yaxşı görməyə çalışıram və ümid edirəm ki, uzun illər "Barselona"da oynayaram".
Elvin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB