"Kəpəz" Peşəkar Futbol Klununun rəsmi saytı istifadəyə verilib. Siasport.az saytının məlumatına görə, İndi azarkeşlər www.pfckapaz.com yazmaqla klubun saytını izləyə biləcəklər. Klubun mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimovun sözlərinə görə saytda Gəncənin digər komandası olan "Tərəqqi" də yaddan çıxmayıb: "Gəncənin təmsilçisi olduğundan bu klubla da bağlı mütəmadi xəbərlər yerləşdirəcəyik. Bundan başqa saytda "Tərəqqi"nin oyunlarından video-görüntülər də verməyə çalışacağıq".
M.Rəhimovun bildirdiyinə görə, azarkeşlər internet portal vasitəsilə həm də canlı olaraq oyunları izləyə biləcəklər: "Hazırda bu məsələ, demək olar ki, tam həllini tapıb. Artıq yoxlama görüntülərini də baxışdan keçirmişik. Kiçik texniki məsələlərin həlli qalıb. Yaxın günlərdə azarkeşlər ev matçları ilə yanaşı, səfər görüşlərini də izləyə biləcəklər".
Qeyd edək ki, klubun rəsmi Facebook səhifəsi də fəaliyyətə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB