Seneqal Kubokdan uzaqlaşdırıldı

Seneqal Kubokdan uzaqlaşdırıldı

Seneqal millisi 2013-cü ildə keçiriləcək Afrika Millətlər Kubokundan uzaqlaşdırılıb. Siasport.az saytının məlumatına görə, buna səbəb paytaxt Dakarda keçirilən Fildişi Sahili millisi ilə play-off matçında tribunadan azarkeşlərin oyunçuların üzərinə daş, şüşə,yandırıcı vasitələr və.s atması olub.

Qeyd edək ki, həmin oyunda azarkeşləri dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə etməli olmuşdu. Oyun isə 2:0 hesabı ilə Fildişi Sahilinin xeyrinə başa çatmışdı.

Elvin

Bütün xəbərlər Facebook səhifəmizdə