İngiltərənin "Liverpul" futbol klubunun türkiyəli forvardı Nuri Şahin bir sıra açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, türkiyəli futbolçu "Liverpul"un hazırkı baş məşqçisi Brendan Rodgersə qarşı ingilis mətbuatının sərt tənqidlər yağdırmasını qəbuledilməz adlandırıb. Türkiyəli futbolçu bildirib ki, baş məşqçidən nəticə tələb etmək üçün ona vaxt vermək lazımdır: "Bilirik ki, hər kəsin diqqəti "Liverpul"un hazırkı durumuna yönəlib: " Biz var qüvvəmizlə çalışırıq ki, "Liverpul"un əvvəlki şöhrətini qaytaraq. Hamımız bunun üçün çalışırıq. Baş məşqçi də var qüvvəsi ilə komandanın uğurlu çıxışı üçün iş görür. Hesab edirəm ki, ona bu məqsədini reallaşdırmq üçün bir az vaxt vermək lazımdır"-deyə N.Şahin bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB