Kamran Ağayev millimizin oyununa çıxmayacaq

Kamran Ağayev millimizin oyununa çıxmayacaq

Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Şimali İrlandiya ilə növbəti oyunu buraxmalı olacaq. Siasport.az saytının məluamtına görə, buna "Xəzər-Lənkəran"ın qapıçısının cəzalı duruma düşməsi səbəb olub.
K.Ağayev yığmamızın son iki rəsmi matçında ardıcıl olaraq sarı vərəqə ilə cəzalandırılıb. Məhz Portuqaliya və Rusiya ilə oyunlardakı vərəqələr futbolçunun cəzalı duruma düşməsinə gətirib çıxarıb.
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu noyabrın 14-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə